“Bir qədər əvvəl Yasamal rayonu M.Xiyabani küçəsində yol nəqliyyat hadisəsi baş verib”.
Bu barədə Modern.az-a məlumat evrən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hərəkətdə olan motosiklet minik avtomobili ilə toqquşub:
“Nəticədə motosiklet 17 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun qarşısına düşüb. Motosikletin sürücüsü xəsarət alıb. Avtobusda olan sərnişlərdən xəsarət alan olmayıb”.
Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı müvafiq qurumlar, eyni zamanda BNA tərəfindən araşdırma aparılır.