Modern.az

15 rayonda 29001 hektarda pambıq əkiləcək

15 rayonda 29001 hektarda pambıq əkiləcək

Aktual

29 Aprel 2019, 17:18

“Azərpambıq ASK” MMC üzrə 2019-cu il mövsümündə respublikanın 15 rayonunda 29001 hektarda pambıq əkini aparılması nəzərdə tutulub.

Bu barədə Modern.az-a “Azərpambıq ASK”MMC-nin mətbuat katibliyi məlumat verib.

 
Bildirilib ki, artıq fermerlərlə müqavilələr bağlanıb. Şum, arat, mala işləri başa çatdırılıb və hal-hazırda səpin işləri aparılır.

 
“Bugünədək 19 min hektarda səpin işləri aparılıb, bu da ümumi əkin sahəsinin 65,5 faizini təşkil edir.

 Artıq 2526 hektarda pambığın normal çıxışı alınıb, ümumi səpin işlərinin isə may ayının 10-a qədər başa çatdırılması nəzərdə tutulub.

Ümumiyyətlə, təsərrüfat işlərinin optimal müddətdə aqrotexniki qaydada və keyfiyyətlə aparılmasını təmin etmək məqsədilə cəmiyyət üzrə qaynar xətt yaradılıb, şirkətin əməkdaşları rayonlara ezam olunub və beləliklə də, bütün bunlar qarşıya çıxan hər hansı bir problemin vaxtında həll olunmasına zəmin yaradır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı