Modern.az

Hikmət Hacıyev: "Azərbaycanla Çin arasında əməkdaşlıq hərtərəfli inkişaf edir"

Hikmət Hacıyev: "Azərbaycanla Çin arasında əməkdaşlıq hərtərəfli inkişaf edir"

Aktual

29 Aprel 2019, 18:52

"Azərbaycanla Çin arasında əməkdaşlıq hərtərəfli inkişaf edir". 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev xatırladıb ki, dövlətimizin başçısı Çində “Bir kəmər, bir yol” ikinci əməkdaşlıq forumuna dəvət olunmuşdu:

“Bu səfər çərçivəsində dövlət başçımız Çin Xalq Respublikasının rəhbəri ilə geniş müzakirələr aparıb. Azərbaycanla Çin arasındakı ikitərəfli siyasi münasibətlər yüksək səviyyədədir. Ticari-iqtisadi əlaqələr də inkişaf etməkdədir. Bu əlaqələrin daha da inkişaf etməsi üçün birgə səylər göstərilir. Humanitar, mədəni və digər sahələrdə əməkdaşlıq üçün çox böyük perspektivlər var”.

Sizə yeni x var
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı