Modern.az

Yeniyetmələr insan alveri ilə mübarizə  sahəsində maarifləndirilib

Yeniyetmələr insan alveri ilə mübarizə  sahəsində maarifləndirilib

Aktual

29 Aprel 2019, 21:44

Azərbaycan Dövlət Pedaqoji Universtetinin Quba filalında və Quba şəhərində valideyin himayəsindən məhrum olan uşaqlar üçün maarifləndirmə tədbiri keçirilib.

Modern.az xəbər verir ki, XXI Əsrin Qadınları”İctimai Birliyinin təşkil etdiyi tədbir “İnsan alverinin qurbanlarına psixoloji-hüquqi yardımın göstərilməsi və insan alveri ilə mübarizə sahəsində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində keçirilib.  Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən İctimai Birliyin sədri Mahirə Əmirhüseynova insan alverinə qarşı mübarizənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb.

 

 M.Əmirhüseynova bu gün İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, Daxili işlər nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazovun rəhbərliyi ilə Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyətin yüksək səviyyədə olduğunu və nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlığa qarşı yüksək səviyyədə mübarizə apardığını önə çəkib. O, eyni zamanda, İnsan Alverinə qarşı Mübarizə sahəsində fəaliyyət göstərən Vətəndaş Cəmiyyətinin nümayəndələri ilə Baş İdarənin əməkdaşlığının yüksək səviyyədə qurulduğunu bildirib.

 

M.Əmirhüseynova insan alverinə qarşı mübarizəyə dair silsilə maarifləndirici tədbirlərin keçirilməsinin Milli Fəaliyyət Planının icrasına töhfə vermək məqsədi daşıdığını vurğulayıb.

 

Tədbirdə çıxış edən DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, baş əməliyyat müvəkkili, polis-mayoru Emin Əsədov cinayətkarların vətəndaşları insan alverinə necə cəlb etmələri, insanların özünü bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verib. Natiq tədbir iştirakçılarını insan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilən təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alveri qurbanları ilə davranış qaydaları barədə məlumatlandırıb.

 

ADPU-nin Quba filalının dirktoru Əli Allahverdiyev, tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Quba şəhər valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbinin direktoru Xanım Bayramova və Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin direktoru Eynulla Xeyrullayev mövzu ilə baglı fikirlərini bölüşüblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı