Modern.az

Bakıda qadından zorla boyunbağı götürən qardaşlar tutuldu

Bakıda qadından zorla boyunbağı götürən qardaşlar tutuldu

Aktual

30 Aprel 2019, 13:50

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini X.Əhmədova aprelin 28-də saat 14 radələrində A.Kunanbayev küçəsində 2 nəfərin ona zor tətbiq edərək qızıl boyunbağısını aldıqlarını bildirib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

5-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakinləri Nurlan Həsənzadə və qardaşı Ruslan qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.
Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...