Modern.az

Dövlət Xəzinədarlıq Agentliyinə yeni rəhbər təyin olundu

Dövlət Xəzinədarlıq Agentliyinə yeni rəhbər təyin olundu

Aktual

Bu gün, 13:17

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə rəhbərlik edən şəxs müəyyənləşib.

Modern.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Agentliyin direktor vəzifəsinin icrası direktor müavini Şəhla Mahmudovaya həvalə olunub.

Xatırladaq ki, bundan əvvəl Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində Sadiq Əliyev çalışıb və o, ötən ay maliyyə nazirinin müavini təyin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xəzərdə İranla bağlı əmr - Bakıya qarşı hansı təhlükələr var?