Modern.az

Pezeşkian Kürdüstan şirkəti ilə görüşüb

Pezeşkian Kürdüstan şirkəti ilə görüşüb

Aktual

Bu gün, 13:02

İran Prezidenti Məsud Pezeşkianla İraqın Kürdüstan regionunun rəhbəri Neçirvan Bərzani arasında görüş keçirilib.

Modern.az IRNA-ya istinadən xəbər verir ki, tərəflər müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə regional və beynəlxalq gündəliyin əsas məsələləri müzakirə olunub. Ortaq qlobal çağırışlarla mübarizədə diplomatiya, konstruktiv dialoq və çoxtərəfli əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Pezeşkian BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) iştirak və çıxış etmək üçün Türkiyəyə səfər edib.

Səfərdən əvvəl İran Prezidenti COP31-i dünya rəsmiləri ilə təmaslar qurmaq və müharibə ilə təcavüzün ekoloji nəticələrinə dair ölkəsinin mövqeyini çatdırmaq imkanı kimi qiymətləndirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xəzərdə İranla bağlı əmr - Bakıya qarşı hansı təhlükələr var?