Modern.az

Ermənistan KTMT-dən çıxsa, çox şey itirəcək – Matviyenko

Ermənistan KTMT-dən çıxsa, çox şey itirəcək – Matviyenko

Aktual

Bu gün, 13:00

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağı təqdirdə çox şey itirəcək.

Modern.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

Onun sözlərinə görə, İrəvan təşkilatda gələcək iştirakı barədə qərarı müstəqil verməlidir.

Matviyenko həmçinin vurğulayıb ki, Ermənistanın Avropa İttifaqına daxil olması Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bir araya sığmır.

O, İrəvanın Qarabağa görə KTMT-yə yönəltdiyi iradları məsuliyyəti Rusiyanın və təşkilatın üzərinə atmaq cəhdi kimi qiymətləndirib. Matviyenko iddia edib ki, KTMT öz nizamnaməsi çərçivəsində fəaliyyət göstərib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xəzərdə İranla bağlı əmr - Bakıya qarşı hansı təhlükələr var?