Ermənistanın yeni Konstitusiya layihəsinin gələn həftə açıqlanacağı və sənəddən Müstəqillik Bəyannaməsinə istinadın çıxarılacağı bildirilir.
Modern.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
Nəşrin məlumatına görə, hakimiyyət daxilində andlılar məhkəməsi institutunun yaradılması ilə bağlı müzakirələr də davam edir. Təşəbbüs hakim komandanın yekdil dəstəyini almayıb.
“Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin qapalı iclasında iştirak edənlərin əksəriyyəti Ermənistanda insanların bir-birini yaxından tanımasının belə bir sistemin tətbiqində ciddi problemlər yarada biləcəyini bildirib.
Qəzetin iddiasına görə, Baş nazir Nikol Paşinyan bu mövqe ilə razılaşmayıb. O, sabiq prezident Robert Koçaryanın və Ermənistanın Çiçəklənməsi Partiyasının lideri Qagik Tsarukyanın məhz xalqın tələbi ilə həbsdə olduğunu söyləyərək, andlılar institutunun faktiki mövcudluğunu və sadəcə rəsmiləşdirilməli olduğunu müdafiə edib.