Modern.az

Olimpiya İdman Kompleksinin direktoruna cinayət işi açıldı

Olimpiya İdman Kompleksinin direktoruna cinayət işi açıldı

Aktual

30 Aprel 2019, 17:50

İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətovbarəsində cinayət işi başlanılıb.

Modern.az "Report"a istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 34312-ci (rüşvətə təhrik etmə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

T.Hümbətovun cinayət işinin ibtidai istintaqı başa çatıb, Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova isə bildirib ki, Tofiq Hümbətov ötən həftə vəzifəsindən azad olunması üçün müraciət edib: "Onun ərizəsinə baxılıb".

Qeyd edək ki, T.Hümbətov 2017-ci ildən İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı