Ötən gecə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi başlayıb.
Modern.az xəbər verir ki, final uğrunda mübarizəyə Londonda start verilib. Turnirin sürpriz komandası “Ayaks” səfərdə "Tottenhem"in qonağı olub. 1/8 finalda "Real", 1/4 finalda isə "Yuventus"u mübarizədən kənarlaşdıran hollandlar ingilis klubuna 1:0 hesabı ilə qalib gələrək, mayın 8-də Amsterdamda keçiriləcək cavab matçıöncəsi sərfəli nəticə qazanıblar.
Qeyd edək ki, mərhələnin digər oyununda bu gün "Barselona" "Liverpul"u qəbul edəcək.
30 aprel
Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
”Tottenhem” (İngiltərə) – “Ayaks” (Hollandiya) - 0:1
Qol: Van de Biik, 15
1 may
23:00. "Barselona" (İspaniya) - "Liverpul" (İngiltərə)