Modern.az

AMEA prezidenti və vitse-prezidentlərinin ezamiyyə xərcləri artırıldı

AMEA prezidenti və vitse-prezidentlərinin ezamiyyə xərcləri artırıldı

Aktual

1 May 2019, 10:56

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və vitse-prezidentlərinin ezamiyyə xərclərinin bir günlük normalarına əlavələr edilir.

 

Modern.az-ın məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti "Xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nın cədvəlinə əlavələr edilib.

 

Bu əlavələrə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və vitse-prezidentləri vəzifələri "Xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nın cədvəlinə əlavə edilib.

 

AMEA prezidenti üçün xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına 50 faiz həcmində, vitse-prezidentləri üçün 30 faiz həcmində əlavələr müəyyən edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı