2015-ci il noyabrın 2-dən bu vaxtadək İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 7 min 400-dən çox lisenziya verilib.
Modern.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
“Eyni zamanda, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunun tətbiqindən sonrakı 41 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində 1083 yoxlama, o cümlədən bu ilin birinci rübündə 438 yoxlama aparılıb”, - deyə nazir müavini bildirib.
Qeyd edək ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılıb.