Belçika Futbol Federasiyası “Anderlext” klubuna texniki məğlubiyyət verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, pley-off mərhələsində “Anderlext” - “Standard” matçında meydan sahibləri azarkeşlərinə görə çox pis vəziyyətə düşüblər.
Oyunun gedişində “Anderlext“in fanatları mütəmadi olaraq meydançaya yad cisimlər atıblar. İlk hissədə azerkeşlər havaya fişənglər atıblar. 32-ci dəqiqədə, Standard hesabda 2:0 öndə olarkən dayandırılan oyun, daha sonra ləğv olunub və “Anderlext”ə 0:5 hesablı texniki məğlubiyyətlə yanaşı, növbəti ev matçını boş tribunalar önündə keçirmə cəzası da verilib.
Novruz NOVRUZLU