Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev akademiyanın vitse-prezidenti seçilib.
Modern.az xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında gizli səsvermə keçirilib.
Səsvermənin nəticələrinə əsasən, R.Əliquliyev 1 səs əleyhinə olmaqla, vitse-prezident seçilib.
Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə də seçkilər keçirilib.
Gizli səsvermə yolu ilə keçirilən seçkilərdə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Seçkilərin nəticəsinə görə, akademik Vaqif Fərzəliyev Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə seçilib.
Qeyd edək ki, AMEA-nın akademik-katibi vəzifəsini AMEA-nın müxbir üzvü Əminağa Sadıqov icra edəcək.