Modern.az

Narkomanlığın yayılmasının səbəbləri tədqiq ediləcək

Narkomanlığın yayılmasının səbəbləri tədqiq ediləcək

Aktual

1 May 2019, 14:27

“Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İB Prezident yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihəsinin icrasına başlayıb.

Layihə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin cəmiyyət üçün təhlükəsi və bu sahədə qanunvericiliyin rolu mövzusunda maarifləndirmə tədbirlərinin keçirilməsi» adlanır.


İctimai Birlik  layihənin icrası dövründə “NARKOMANİYAYA QARŞI MÜBARİZƏ MODULU: YERLİ VƏ BEYNƏLXALQ TƏCRÜBƏ” adlı Azərbaycan dilində xüsusi kitab nəşr etməyi plan­laşdırılır. 

 

Layihənin əsas məqsədi narkomanlığın yayılmasının səbəblərini tədqiq etmək; gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması; bu sahədə maarifləndirmə işinin lazımi səviyyədə qurulmasına tövhə vermək; problemin ictimai təhlükəliyini önə çəkmək; təşkil olunan görüşlərdə sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunmasına nail olmaqdır.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı