Modern.az

Pənah Hüseyn Qarabağ Komitəsinin yeni sədri seçildi

Pənah Hüseyn Qarabağ Komitəsinin yeni sədri seçildi

Aktual

1 May 2019, 14:55

Bu gün KXCP-nin qərargahında Qarabağ Komitəsinin növbəti iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda Qarabağ Komitəsinin dönəm sədri dəyişib. Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn iyulun 1-nə qədər - iki aylıq müddətə Qarabağ Komitəsinin dönəm sədri seçilib.

İclas barədə məlumat verən Qarabağ Komitəsinin üzvü Əvəz Zeynallı deyib ki, toplantıda son günlər soydaşlarımızla bağlı Gürcüstanda yaşanan hadisələr müzakirə olunub.

Qarabağ Komitəsinə yeni üzvlər seçilib, mitinq hazırlıqlarından danışılıb.

Qarabağ Komitəsi 4 may tarixinə Bakıdakı "Məhsul" stadionuna mitinq təyin edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı