Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev 1 may 2019-cu il tarixdə həm şəhər ərazisində həm də rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulunu keçirib.
Modern.az xəbər verir ki, qəbulda sakinlər öz problemləri ilə bağlı müraciətlərini səsləndirdilər. Müraciətlər əsasən işlə təminat, suvarma suyu, həyatyanı torpaq sahəsi ilə bağlı olmuşdur. Vətəndaşların müraciətlərini dinləyən cənab Məhərrəm Quliyev problemlərin həlli barədə konkret tapşırıqlar verdi.