Modern.az

Azərbaycanlı diplomat Ankarada doktorluq dissertasiyası müdafiə etdi

Azərbaycanlı diplomat Ankarada doktorluq dissertasiyası müdafiə etdi

Aktual

1 May 2019, 18:21

Azərbaycanlı diplomat Elsevər Salmanov Türkiyənin nüfuzlu universitetlərindən olan Qazi Universitetinin Beynəlxalq Münasibətlər Kafedrasında "Azərbaycan-Türkiyə Münasibətləri və Heydər Əliyev - 1993-2003" mövzusunda dissertasiya işi müdafiə edib.

Modern.az-ın məlumatına görə, onun elmi rəhbəri həmin kafedranın müdiri, tanınmış alim Prof. Dr. Soyalp Tamçelik olub.


Dr. Elsevər Salmanovun elmi işində Azərbaycanın Türkiyə ilə suveren dövlət kimi münasibətlərinin qurulması və inkişaf etdirilməsində Heydər Əliyevin rolu əksini tapıb. Bundan başqa, müəllif Azərbaycanın 1990-1993-cü illərdəki mürəkkəb siyasi və iqtisadi-sosial böhrandan çıxarılmasında, Azərbaycanda dövlətçiliyin qurulması və möhkəmləndirilməsində Heydər Əliyevin həyata keçirdiyi siyasi fəaliyyəti geniş elmi mənbələrə söykənərək əsaslı şəkildə izah edib.

Bu doktorluq dissertasiyası görkəmli siyasi xadim Heydər Əliyevin ölkəmizdə yaratdığı dövlətçilik ciddiyyəti və rasionallıq istiqamətində yürütdüyü strategiyaların xarici siyasətdə əks olunmasına dair Türkiyədə müdafiə olunan  ilk elmi işdir. Münsiflər heyətinin sədri Prof. Dr. Cemalettin Taşkıran elmi əsaslara söykənən dissertasiya ilə tanış olduqdan sonra Azərbaycana baxışının dəyişdiyini etiraf edib və elmi işə müsbət rəy bildirib. Elmi  işin müdafiəsi yekdilliklə məqbul hesab edilib. Qazi Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müdiri Prof. Dr. Soyalp Tamçelik dissertasiyanın kitab halında nəşr ediləcəyini də bildirib.   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı