Modern.az

“ABŞ nazirlərin görüşünü keçirmək imkanını səbrsizliklə gözləyir”

“ABŞ nazirlərin görüşünü keçirmək imkanını səbrsizliklə gözləyir”

Aktual

1 May 2019, 19:03

"ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirmək imkanını səbrsizliklə gözləyir".

 

Modern.az-ın Trend-ə istinadən  məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Gil deyib.

O bildirib ki, ABŞ ATƏT Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması üçün tərəflərlə işləməkdə qərarlıdır:

“Bununla əlaqədar olaraq biz xarici işlər nazirlərinin görüşünü keçirmək imkanını səbrsizliklə gözləyirik. Bu məsələ ilə bağlı müzakirələr olub və davam etməkdədir. Ümid edirəm ki, gələcəkdə yaxşı xəbər verə biləcəyik”.

Xatırladaq ki, bir müddət əvvəl xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın iki ölkə nazirlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsini təklif etdiyini açıqlamışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...