Ələt-Astara avtomobil yolunda ağır qəza olub.
Modern.az xəbər verir ki, hadisə Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində qeydə alınıb. Qəzaya uğrayan TIR-ın sürücüsü ağır xəsarətlər aldığından Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
bürosunun məlumatına görə, İranın Behlisavar (Biləsuvar ) rayon sakini, 49 yaşlı Əxtəri Cabir Qaçay oğlunun idarə etdiyi, Bakıdan yük daşıyan TIR qarşısında gedən Masallı rayon sakininin idarə etdiyi mişar daşı ilə yüklü “KamAZ” markalı yük maşınını vuraraq aşırıb və sonra yol ayrıcına çırpılaraq onu dağıdıb.
Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb.