Modern.az

Sabahın HAVASI: Yağış yağacaq

Sabahın HAVASI: Yağış yağacaq

Aktual

13 May 2019, 13:31

14 mayda gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə,

 

Bakıda və Abşeron yarımadasında mayın 14-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz  25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 763 mm civə sütunu,nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.    

 

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi yerlərdə  yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə dumanolacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz  25-30, dağlarda gecə 8-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.  

 

Tibbi-meteoroloji proqnoz

 

Mayın 14-15-də Abşeron yarımadasında komfort temperatur şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əlverişlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı