Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Total Chess World Championship Tour Pilot 2026” turnirinin qrup mərhələsinin ilk turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov erməni qrossmeyster Hayk Martirosyanla qarşılaşıb.
Modern.az xəbər verir ki, iki şahmatçı arasında keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
İlk partiyada ağ fiqurlarla oynayan Martirosyan məğlub olub. Cavab görüşündə isə qara fiqurlarla mübarizə aparan erməni şahmatçı Şəhriyar Məmmədyarova qalib gəlib.
C qrupunda mübarizə aparan şamhatcılar sırasında Maqnus Karlsen, Yan Nepomnyaşi, Aniș Giri, Şəhriyar Məmmədyarov, Abhimanyu Mişra və Hayk Martirosyan yer alır.