Modern.az

Qarabağın Azərbaycanlı İcmasının Twitter hesabı özünə qaytarıldı

Qarabağın Azərbaycanlı İcmasının Twitter hesabı özünə qaytarıldı

Aktual

14 May 2019, 09:15

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi Twitter hesabının üzərinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.

Modern.az-ın məlumatına görə, bu barədə İcmanın sədri Tural Gəncəliyev bildirib.

O, ictimaiyyətə yaranmış problemlə əlaqədar göstərdiyi dəstək və etdiyi çağırışlara görə təşəkkür ünvanlayıb.

“Gələcəkdə İcmamıza qarşı bu kimi halların davam edəcəyini və İcmaya qarşı saxta iddia və şikayətlərin ola biləcəyini ehtimal edərək, İcmanın rəsmi hesabının bir daha bağlanmaması üçün səhifəni dəstəkləməyə və paylaşmağa çağırıram”, - T.Gəncəliyev qeyd edib.

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...