Modern.az

Ərinin pulunu oğurlayan qadın polisə yalan məlumat verdi

Ərinin pulunu oğurlayan qadın polisə yalan məlumat verdi

Aktual

14 May 2019, 11:42

Xəzər RPİ 2-ci PŞ-yə müraciət edən Binə qəsəbə sakini olan qadın mayın 11-də saat 10 radələrində evinə girmiş 2 maskalı şəxsin onu bıçaqla hədələyib oradan 5100 ABŞ dolları apardığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.

DİN-dən Modern.az-a bildirilib ki, 2-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən aparılmış araşdırmalarla quldurluq barədə verilmiş məlumat təsdiqini tapmayıb. Qadının pulu xərcləməsi və ərindən qorxduğu üçün polisə yalan məlumat verməsi müəyyən edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı