Modern.az

“Napoli” “Mançester Yunayted”dən 100 milyon istəyir

“Napoli” “Mançester Yunayted”dən 100 milyon istəyir

Aktual

14 May 2019, 13:45


Premyer Liqada ilk “4-lük”ə düşə bilməyən və “Çempionlar Liqası”na vəsiqə qazana  bilməyən “Mançester Yunayted” transferdə ilk hədəfi müdafiə xəttinə ayırıb.

Modern.az xəbər verir ki, İngiltərə mətbuatında yer alanməlumata görə, “Yunayted”, ” Napoli”nin seneqallı müdafiəçisi Kulibalini transferdə ilk sıraya yazıb.
“Napoli” prezidenti Aurelio De Laurentisin Klaio Kulibali üçün ən az 100 milyon avro istədiyi yazılıb.

Xatırladaq ki. “Liverpul” Vörcil Van Dayk üçün 2017-ci ildə “Soutqempton”a 75 milyon avro ödədi və bu transfer dünyanın ən bahalı müdafiəçi transferi  oldu.

Qeyd edək ki, Klubalinin  klubuyla 2023-cü ilə qədər müqaviləsi var.

Novruz NOVRUZLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı