Modern.az

Hökumət evinin qarşısındakı yeraltı dayanacaqda PROBLEM

Hökumət evinin qarşısındakı yeraltı dayanacaqda PROBLEM

Aktual

14 May 2019, 15:55

Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında problem yaşanıb. Belə ki, mayın 12-də gecə saatlarında dayanacaqda olan sürücülər ərazini tərk edə bilməyib.

Dayanacaqda olan mühafizəçilərin bildirdiyinə görə, buna səbəb parkomatların işləməməsi olub.

Həmin vaxt dayanacaqda olan Modern.az-ın əməkdaşı problemin 22:45-dən 23:30-a qədər davam etdiyini bildirib.

Məsələ bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Modern.az-a deyib ki, həmin gün ərazidə narahatlıq yaşanmayıb:

“Ola bilsin vətəndaşlardan kimsə yolu tapıb çıxa bilməyib”.

 Qeyd edək ki, hər mərtəbəsi 30 min kvadratmetr və ya 2 min avtomobil tutumuna malik olan yeraltı dayanacaq 2013-cü ilin oktyabrında istifadəyə verilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı