La Liqada mövsümü 3-cü yerdə bitirməsi dəqiqləşən “Real Madrid” ard-ardan 2 il ilk 2-dən kənarda qalaraq son 45 ilin ən uğursuz performansını göstərib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Kral klubu” sonuncu dəfə 1974-ci ildə belə bir göstəriciyə imza atmışdı. Madrid klubu 1972-73 mövsümünündə 4-cü, 1973-74 mövsümündə də 8-ci olmuşdu.
Bu mövsüm “Real” “Kral kuboku” və “Çempionlar Liqası”da daxil olmaqla 17 məğlubiyyət alıb. Bu lub tarixindəki ən uğursuz mövsüm olan 19 məğlubiyyətin qeydə alındığı 1984-85-ci il mövsümünə çox yaxın göstəricidir.
Novruz NOVRUZLU