Tanınmış Azərbaycan aktyoru, şoumen, əməkdar artist Bəhram Bağırzadə AzTV-də növbəti yeni layihədə efirə çıxacaq.
Modern.az-ın məlumatına görə, şoumen Azərbaycan Televiziyasında “Bəhram+” verilişinin aparıcısı kimi efirə çıxacaq. Veriliş həftədə bir dəfə efirdə olacaq.
Qeyd edək ki, son üç-dörd ayda Azərbaycan televiziyasında müxtəlif yeni layihələr efirə çıxır, yeni studiaylar istifadəyə verilir.