Modern.az

General-mayor Zahid Hüseynov Belarusdadır

General-mayor Zahid Hüseynov Belarusdadır

Aktual

14 May 2019, 17:26

Raket və Artilleriya Qoşunları komandanı general-mayor Zahid Hüseynovun rəhbərlik etdiyi Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus Respublikasında səfərdədir.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti mayın 15-də Minsk şəhərində başlayacaq 9-cu Beynəlxalq silah və hərbi texnika sərgisi “MILEX-2019”, həmçinin sərgi çərçivəsində keçiriləcək hərbi-texniki, müdafiə və təhlükəsizlik məsələləri, ikili təyinatlı texnologiyaların istifadəsi üzrə “MILEX INNOVATIONS-2019” 8-ci beynəlxalq elmi konfransda iştirak edəcək.

Sərgi mayın 18-dək davam edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı