Modern.az

“Çempionlar Liqası” finalını bu hakim idarə edəcək

“Çempionlar Liqası” finalını bu hakim idarə edəcək

Aktual

14 May 2019, 17:38

“Tottenhem” ilə “Liverpul” arasında oynanılacaq matçı idarə edəcək baş hakim müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Çempionlar Liqası finalını Sloveniya Futbol Federasiyasından Damir Skomina idarə edəcək. Skomina bu mövsüm son olaraq Çempionlar Liqasında “Ayaks" -  "Real Madrid” görüşünü idarə edib.

 

Skominanın bu mövsüm idarə etdiyi oyunlar:

PSJ 1-3 Mançestyer Yunayted

Liverpul 1-0 Napoli

Hoffenaym 1-2 Mançester Siti

Ayaks 1-2 Real Madrid

 

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-i “Atletiko Madrid”in stadionunda keçiriləcək.

 

Novruz NOVRUZLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı