Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bir qrup tanınmış incəsənət adamlarına hakim partiyanın üzvlük vəsiqəsi verilib.
Müğənnilərdən Xalq artistləri Ağadadaş Ağayev və Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Cavanşir Məmmədov, Firuzə İbadova, Elza Qasımova (Seyidcahan) və Lalə Məmmədova, Əməkdar artist, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Rəqs Ansamblının solisti Eteri Cəfərova, müğənni Samirə Allahverdi, aktyor Elməddin Cəfərov, modelyer Gülnarə İbadova, müğəni Yaşar Yusifov və rəssam Xəzər Nəbiyev Yeni Azərbaycan Partiyasına üzv olub.
Modern.az saytı xəbər verir ki, vəsiqəni onlara YAP icra katibi, deputat Əli Əhmədov təqdim edib. Ə.Əhmədov bildirib ki, hakim partiyanın üzvlərinin sayı 560 minə yaxındır.
Modern.az