Meksikada yaşayan həmyerlimiz, Azərbaycan Respubllikasının əməkdar artisti Çingiz Məmmədovun da iştirakı ilə möhtəşəm konsert proqramı olub. Konsertə dirijorluğu Sankt-Peterburq Konservatoriyasının məzunu, San Luis Potosi şəhərinin məşhur orkestirinin tanınmış dirijoru, maestro Xose Miramontez edib.
Konsertdə Paul Hindemitin və Maks Bruxanın əsərləri səsləndirilib.
Xatırladaq ki, həmyerlimiz Çingiz Məmmədov Azərbaycan Dövlət Konservatoriyasını alt musiqi aləti üzrə bitirib. Hələ üçüncü kursada oxuyarkən Azərbaycan Dövlər Kamera orkestrində çalışmağa başlayıb. 1970 – ci ildə, Konservatoriyanı bitirən kimi Çingiz Məmmədov müəllim kimi fəaliyyətə başlayıb. Çingiz Məmmədov həmçinin, Sankt-Peterburq şəhərində aspiranturanı (1973) bitirib. Soydaşımız 1977-1980 – ci illərdə Ekvador Milli orkestrində çalışıb. Daha sonra isə Çingiiz müəllim Meksikanın müxtəlif orkestrlərində çalışıb, alt musiqi alətində ifa edib. Meksikada kifayət qədər tanınmış olan soydaşımız vaxtaşırı digər ölkələrdə də konsert proqramlarında uğurla çıxış edir.
Elnur Eltürk