Modern.az

Gəncədə yaşayış binasında yanğın - 7 nəfər təxliyə edildi

Gəncədə yaşayış binasında yanğın - 7 nəfər təxliyə edildi

Aktual

21 İyun 2019, 16:26

Gəncədə yaşayış binası yanıb.

Bu haqda Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib.

Şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1500 kv.m olan dam örtüyünün yanar konstruksiyaları 250 kv.m sahədə yanıb.

Yanğın zamanı 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar