Modern.az

Məcburi köçkün qəsəbəsində yanğın: 3 ev yararsız hala düşdü

Məcburi köçkün qəsəbəsində yanğın: 3 ev yararsız hala düşdü

Aktual

21 İyun 2019, 22:06

Mingəçevirdə yaşayış massivində güclü yanğın baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə az öncə Energetik yaşayış massivində, məcburi köçkünlərin məskunlaşdığı "Üçüncü" qəsəbə deyilən ərazidə qeydə alınıb.

Yaşayış sektorunu bürüyən yanğının söndürülməsi üçün əraziyə FHN-in yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğın lokallaşdırılaraq söndürülüb.

Hadisə nəticəsində, ikisi ciddi olmaqla, 3 ev alovdan yararsız hala düşüb. Yanğın yerinə, həmçinin təcili tibbi yardım briqadaları cəlb olunub. Hər hansı xəsarətin, yaxud boğulma halının olub-olmaması dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı