Modern.az

“Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunan elmi konfrans keçiriləcək

“Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunan elmi konfrans keçiriləcək

Aktual

21 İyun 2019, 22:53

“Azərbaycan” qəzeti: tariximizin güzgüsü” adlı elmi konfrans keçiriləcək.

 

Modern.az xəbər verir ki, iyunun 25-də keçiriləcək konfrans qəzetin 100 illiyinə həsr edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, elmi konfransın təşkilatçıları Tarix İnstitutu və “Azərbaycan” qəzetidir.

 

Tədbirdə, həmçinin “100 yaşlı Azərbaycan” adlı kitabın da təqdimatı olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı