II Avropa Oyunlarının açılış mərasimi keçirilir.
Modern.az APA-ya istinadən xəbər verir ki, mərasim Belarusun paytaxtı Minskdəki “Dinamo” Milli Olimpiya Stadionunda təşkil olunub.
Azərbaycan millisinin də qatıldığı multiidman yarışının açılış mərasimi 3000 könüllünün meydana çıxması ilə başlayıb.
Tədbirdə Azərbaycanı rəsmi şəxslərdən Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Heyətdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmi şəxslər yer alıblar.