Modern.az

Zaqatalada “VAZ”la “Shacman” toqquşub - 2 ölü

Zaqatalada “VAZ”la “Shacman” toqquşub - 2 ölü

Aktual

22 İyun 2019, 08:37

Zaqatalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən Modern.az-a məlumat verilib.

 

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Zaqatala rayonunda “VAZ” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.

Məlumatda bildirilir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!