Modern.az

III Avropa Oyunlarına bu ölkə ev sahibliyi edəcək     

III Avropa Oyunlarına bu ölkə ev sahibliyi edəcək     

Aktual

22 İyun 2019, 13:15

2023-cü ildə III Avropa Oyunlarının keçiriləcəyi məkan müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, “Report” Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, yarışa yeganə namizəd - Polşanın Krakov şəhəri ev sahibliyi edəcək. Bununla bağlı qərar Belarusun paytaxtı Minskdə 50 Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirak etdiyi EOC-un Baş Assambleyasında açıq səsvermə yolu ilə qəbul olunub.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda baş tutub. II Avropa Oyunları isə iyunun 21-də Minskdə start götürüb və ayın 30-dək davam edəcək. Turnir dörd ildən bir keçirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı