Modern.az

Monteneqronun Baş naziri Azərbaycanda

Monteneqronun Baş naziri Azərbaycanda

Aktual

23 İyun 2019, 20:16

Monteneqronun Baş naziri Duşko Markoviç iyunun 23-də Azərbaycana rəsmi səfərə gəlib.

Modern.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Monteneqronun Baş naziri Duşko Markoviçi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Həsənov və digər rəsmi şəxslər qarşıladılar. Azərbaycan və Monteneqronun dövlət himnləri səsləndirildi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!