Modern.az

Müdafiə naziri Şəhidlər xiyabanına getdi

Müdafiə naziri Şəhidlər xiyabanına getdi

Aktual

25 İyun 2019, 12:05

Silahlı Qüvvələr Günü münasibətilə iyunun 25-də Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı üzərinə əklil qoyub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, sonra Şəhidlər xiyabanına gələn nazirliyin şəxsi heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı