Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Xınalı kəndində növbəti səyyar qəbul-görüş keçirdi.
İcra başçısı Məhərrəm Quliyev 27 iyun 2019-cu il tarixdə rayonun Xınalı kəndində növbəti səyyar qəbul-görüş keçirdi.
Görüşdə icra aparatı rəsmilərinin, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələri rəhbərləri iştirak edirdilər. Qəbulda vətəndaşların müraciətləri dinlənilib, inzibati ərazi vahidliyinin inkişafı ilə bağlı təkliflərə münasibət bildirilib.
Görüş zamanı sakinlər Xınalı kəndinin sosial-iqtisadi inkişafı və fərdi məsələlərlə əlaqədar müraciət edərək bir sıra təkliflər irəli sürüblər. Qaldırılan məsələlər müzakirə olunaraq onların həlli ilə bağlı aidiyyatı məsul şəxslərə İcra başçısı tərəfindən konkret tövsiyyə və tapşırıqlar verdi.