Modern.az

Həyətini narkotik plantasiyasına çevirən Zaqatala sakini saxlanıldı

Həyətini narkotik plantasiyasına çevirən Zaqatala sakini saxlanıldı

Aktual

28 İyun 2019, 09:13

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının  rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin tapılaraq, məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

 

Bu haqda DİN mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumatda bildirilib.  

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala rayonu Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş  Hüseyn Ramazanov saxlanılıb.

 

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradakı istixanadan 335 ədəd narkotik bitki hesab edilən çətənə kolları və 117 ədəd çətənə bitkilərinin şitilləri aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı