Modern.az

DİN dəhşətli qəza haqda məlumat yaydı – 2 ölü, 4 yaralı

DİN dəhşətli qəza haqda məlumat yaydı – 2 ölü, 4 yaralı

Aktual

28 İyun 2019, 12:11

Daxili İşlər Nazirliyi Biləsuvarda baş vermiş dəhşətli qəza barədə məlumat yayıb.

DİN-dən Modern.az-a verilən məlumata görə, iyunun 27-də saat 14 radələrində Biləsuvar şəhəri ərazisində İsmətli kənd sakinləri - A.Məmmədovun idarə etdiyi “VAZ-21015” və Ş.Dövlətovun idarə etdiyi “Lada Priora” markalı avtomobillər toqquşub. Nəticədə A.Məmmədovun sərnişinlərindən həmkəndliləri - Şükufə Tağıyeva və Güllübəyim Hüseynova hadisə yerində ölüb, hər iki sürücü və 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı