Modern.az

Nazirlik Bakıda məşhur istirahət mərkəzlərinin sahiblərini cərimələdi - SİYAHI

Nazirlik Bakıda məşhur istirahət mərkəzlərinin sahiblərini cərimələdi - SİYAHI

Aktual

28 İyun 2019, 19:34

Şıx çimərliyi ərazisində fəaliyyət göstərən “1001 gecə”, “Eldorado”, “Aqua Park” və “Dostluq” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdıldığı aşkar edilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumatına görə, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə istirahət mərkəzlərinə cavabdeh şəxslər Raul Qasımov, Rəşad Hüseynov, Zaur Hüseynli və Azər İsmayılov barəsində protokol tərtib olunub və onların hər biri 4000 manat məbləğində cərimə edilib.

 

Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün obyekt sahiblərinə icrası məcburi  olan  “məcburi göstəriş”lər verilib. “Məcburi göstəriş”lərin tələbləri icra olunmadığı təqdirdə məhkəməyə müraciət olunacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı