Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Modern.az xəbər verir ki, MTRŞ-nın şöbə müdiri Nemət Cavadov bildirib ki, iclasda “SELNET” MMC, “MEGALİNK” MMC və “BULUD STORE” MMC-nin abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi (İP TV) yayımı üçün lisenziya alınması barədə müraciətlərinə baxılıb.
O qeyd edib ki, hər 3 şirkətə müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.