Modern.az

Çimərlikdə 4 nəfər döyüldü

Çimərlikdə 4 nəfər döyüldü

Aktual

29 İyun 2019, 00:16

Mərdəkan qəsəbəsində yerləşən "City Beach" çimərliyində 1989-cu il təvəllüdlü Rzayev Teymur Teymur oğlu, 1995-ci il təvəllüdlü Cavadov Qədim Aydın oğlu, 1994-cü il təvəllüdlü Mikayılov Əmrah Zaur oğlu və 1988-ci il təvəllüdlü Şəkiyeva Leyla Əlibəy qızı döyülərək xəsarət alıblar.

Modern.az  APA-ya  istinadən xəbər verir ki, yaralılar 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb.

T.Rzayevə döş qəfəsinin sıyrıntısı, sağ bazunun əziyi, Q.Cavadova sol yanağın və hər iki dizin əziyi, Ə.Mikayılova boyunun və sağ tərəfli böyrəyin əziyi, L.Şəkiyevaya isə sol qulağın sıyrılması diaqnozu qoyulub.

Onlar ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı