Modern.az

Sabirabadda ağır yol qəzası - 1 nəfər öldü

Sabirabadda ağır yol qəzası - 1 nəfər öldü

Aktual

29 İyun 2019, 10:32

Sabirabad rayonunun Qaratəpə kəndində “Daewoo” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Daewoo” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...