Modern.az

Bakıda gəlin və baldız dalaşdı - 3 nəfər yaralandı

Bakıda gəlin və baldız dalaşdı - 3 nəfər yaralandı

Aktual

29 İyun 2019, 13:47

Bakıda ailədaxili mübahisə davaya çevrilib.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

 

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Təhməzova Renera Nazim qızı Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 92, mənzil 84-ə qardaşının evinə qonaq gəlib. O, həmin evdə yaşayan qardaşının həyat yoldaşı, Ukrayna vətəndaşı, 1991-ci il təvəllüdlü Kazımova Anna Stanislavovna ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə onlar bir-birini döyərək xəsarət yetiriblər. Hadisə nəticəsində Anna Kazımovanın oğlu, 2008-ci il təvəllüdlü Kazımov Denis Telman oğlu da xəsarət alıb.

 
Faktla bağlı araşdırma aparılır.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı