Azərbaycan karateçisi Asiman Qurbanlı (+84 kq) “Minsk 2019” ikinci Avropa Oyunlarının finalına yüksəlib.
Modern.az xəbər verir ki, karateçimiz qrupda üç görüşü udandan sonra yarımfinalda gürcüstanlı Qoqita Arkaniyaya 8:0 hesabı ilə qalib gəlib. Finala yüksələn idmançımızın rəqibi xorvatiyalı Andcela Kvesiç olacaq.
Karate yarışlarında mübarizə aparan qadın idmançımız İrina Zaretska (68 kq) da finala vəsiqə qazanıb.
O, yarımfinalda ukraynalı Halina Melniki minimal hesabla məğlubiyyətə uğradıb. Karateçimiz finalda italiyalı Silvia Semeraro ilə qarşılaşacaq.